Möcüzəvi pəhriz - qaraciyərdəki yağı yox edir
Qaraciyərdə piy yığılmasını azaldan pəhriz müəyyən edilib.
meqale.com xəbər verir ki, İsveçin Uppsala Universitetinin alimləri skandinaviya (nordik) pəhrizinin həm qan şəkərini nəzarətdə saxlamağa, həm də qaraciyərdə piy yığılmasını azaltmağa kömək etdiyini müəyyən ediblər.
Nəticələr "Nature Communications" jurnalında dərc olunub.
Tədqiqatda tip 2 diabet və prediabeti olan 150 nəfər iştirak edib. Onlar üç qrupa bölünüb və müxtəlif pəhriz rejimləri tətbiq olunub. Ən yaxşı nəticəni skandinaviya pəhrizi göstərib. Bu pəhriz tam taxıllar, tərəvəz, giləmeyvə, balıq və kolza yağı ilə zəngindir və doymuş yağları minimuma endirir.
Bir il ərzində bu qrupa daxil olan şəxslərin qaraciyərindəki yağ miqdarı 20%-dən çox azalıb, qan şəkəri göstəriciləri isə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Hətta iştirakçıların yarısından çoxunda alkoqolsuz qaraciyər piy xəstəliyi əlamətləri tamamilə yox olub.
Alimlər qeyd edirlər ki, bu effekt yalnız çəki itirməklə izah edilə bilməz. Təhlil göstərib ki, təxminən yarısı yaxşılaşmaların səbəbi qidalanma keyfiyyəti ilə bağlıdır, çəki itkisi ilə yox.