Batumi-İstanbul reysində BOMBA HƏYƏCANI
Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması barədə xəbər yayılıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Birinci Kanal" məlumat yayıb.
Hava limanına bomba qoyulması barədə anonim məlumat daxil olduqdan sonra Batumi-İstanbul reysi 2 saat müddətinə təxirə salınıb.
Sapyorlar hadisə yerinə gəlsələr də, hər hansı partlayıcı qurğu tapmayıblar.