Bayden bu dəfə Putini "qəssab" adlandırdı

ABŞ Prezidenti Co Bayden çıxışlarından birində yenə rusiyalı həmkarı Vladimir Putinin ünvanına təhqiramiz ifadə işlədib.

Bayden bu dəfə Putini
ABŞ Prezidenti Co Bayden çıxışlarından birində yenə rusiyalı həmkarı Vladimir Putinin ünvanına təhqiramiz ifadə işlədib.

meqale.com axar.az-a istinadən bildirir ki,  Ağ Ev rəhbəri Şimali Karolina ştatında milyarderlərdən daha çox verginin alınması imkanlarını müzakirə edib.

"Bizim edə biləcəyimiz çox vacib işlər var, o cümlədən o qəssab Putinə qarşı Ukraynaya yardım etmək..." - deyə Bayden bildirib.

ABŞ lideri onu da əlavə edib ki, Vaşinqton daim nüvə münaqişəsi təhlükəsindən narahat olmalıdır.