Bayden Rusiya və Çini qarışıq saldı

ABŞ Prezidenti Co Bayden izləyicilər qarşısında çıxışı zamanı yenə səhvə yol verib.

Bayden Rusiya və Çini qarışıq saldı
ABŞ Prezidenti Co Bayden izləyicilər qarşısında çıxışı zamanı yenə səhvə yol verib.

meqale.com oxuya istinadən xəbər verir ki, Rusiya ilə Çini qarışıq salan Bayden həmçinin Çin Prezidenti Si Cinpinlə çox vaxt keçirdiyini bildirib.

"Mən vitse-prezident olanda, prezident isə (xatırlamağa çalışır - red.) ... Prezidentim dedi ki, mənim Si Cinpinlə tanış olmağımı istəyərdi. Çünki onun Rusiyaya rəhbərlik edəcəyi aydın idi... Çinə... Elə həmin vaxt Rusiya ilə problemlərimiz var idi", - deyə ABŞ lideri bildirib.

Bayden həmçinin əlavə edib ki, Si Cinpinlə ABŞ-nin, eləcə də Çinin bütün ərazisi üzrə 27 min kilometrdən çox məsafə qət edib.