Bayden Venesuelaya qarşı sanksiyaları daha 1 il uzatdı

ABŞ prezidenti Cozef Bayden Venesuelaya qarşı birtərəfli sanksiyaların müddətini daha bir il uzadılması barədə göstəriş verib.

Bayden Venesuelaya qarşı sanksiyaları daha 1 il uzatdı
ABŞ prezidenti Cozef Bayden Venesuelaya qarşı birtərəfli sanksiyaların müddətini daha bir il uzadılması barədə göstəriş verib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd olunub ki, 2015-ci ildə Vaşinqtonu Karakasa qarşı müxtəlif məhdudlaşdırıcı tədbirlər görməyə məcbur edən Venesueladakı vəziyyət ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və ifrat təhlükə yaratmaqda davam edir.

ABŞ-ın 2015-ci ildə tətbiq etdiyi sanksiyalar sonrakı illərdə uzadılıb və genişləndirilib.

Eyni zamanda, Vaşinqton əvvəllər bəzi məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutan bir neçə lisenziya verib.