Baydendən nüvə silahları ilə bağlı yeni Sərəncam

ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların nüvə silahından istifadə şərtləri ilə bağlı yeni sərəncam imzalayıb.

Baydendən nüvə silahları ilə bağlı yeni Sərəncam
ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların nüvə silahından istifadə şərtləri ilə bağlı yeni sərəncam imzalayıb.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi köməkçisi, Ağ Evin Milli Təhlükəsizlik Şurasının silahlara nəzarət, tərksilah və onların yayılmaması üzrə baş direktoru Pranay Vaddi bildirib.

"Prezident Bayden bu yaxınlarda yeni nüvə erasının reallıqlarını nəzərə alan nüvə silahından istifadə şərtləri ilə bağlı yenilənmiş təlimatı imzalayıb. Orada Çinin nüvə arsenalının böyüməsi və müxtəlifliyi ilə bağlı problemlərin həllinin, eləcə də Rusiya, Çin və Şimali Koreyanı eyni vaxtda çəkindirməyin vacibliyi vurğulanır", - o deyib.