"Baydenin mənə qoyub getdiyi vəziyyət budur" - FOTO

ABŞ-ın yeni prezidenti Donald Trampın sosial media paylaşımı diqqət çəkib.

ABŞ-ın yeni prezidenti Donald Trampın sosial media paylaşımı diqqət çəkib.

meqale.com xəbər verir ki, o, sosial media hesabından Co Baydenə kinayəli təşəkkür edib:

"Yanğın hidrantlarında su yoxdur və Fövqəladə Halların İdarə Olunması Agentliyində pul yoxdur. Budur Co Baydenin mənə qoyub getdiyi vəziyyət. Təşəkkürlər, Joe!" - deyə Tramp Truth Social-da yazıb.

Qeyd edək ki, Hollivudda bir çox tədbir Los-Anceles boyunca davam edən güclü meşə yanğınları səbəbindən təxirə salınıb. Çərşənbə axşamı təhlükəli sürətli küləklər bölgədə tüğyan edərək vəziyyəti daha da ağırlaşdırıb. Malibu şəhərində isə Paris Hiltonun evi yanğında tamamilə məhv olub.