"Bayer" Bakıya ağır itki ilə gələcək
"Bayer" Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la matça ciddi itki ilə çıxa bilər.
meqale.com offsideplus.az-a istinadən xəbər verir ki, Leverkuzen təmsilçisinin hücumçusu Viktor Bonifas yanvarın əvvəlində Afrika Millətlər Kuboku zamanı Nigeriya millisinin heyətində ciddi xəsarət alıb. Onun aprelə kimi yaşıl meydanlara qayıtması real görünmür.
Xatırladaq ki, Bonifas bu mövsüm 16 qolla "Bayer"in bombardiridir. 23 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la hər iki görüşdə (5:1, 1:0) fərqlənib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun