Bayram süfrəsi neçəyə başa gəlir?
Yeni ilə sayılı günlər qalıb. Həmişə olduğu kimi, bu il də Yeni ili ev şəraitində qarşılayanlar daha çox olacaq.
meqale.com xəbər verir ki, axar.az 4 nəfərlik ailənin bayram süfrəsinin neçəyə başa gələ biləcəyini hesablayıb.
Qeyd edək ki, ən məhdud bayram süfrəsində ənənəvi olaraq plov, dolma, balıq, salat, desert kimi isə tort və meyvə olur.
Plov:
Düyü - 1 kq, 3,6 manat
Kərə yağı - 200 qr, 3,20 manat (1 kq - 16 manat)
Qaysı - 200 qr, 2-3 manat (1 kq- 8-10 manat)
Kişmiş - 200 qr, 2-3 manat (1 kq - 8-12 manat)
Şabalıd - 200 qr, 1,5 manat (1 kq - 7 manat)
Soğan - 3 ədəd, 0,4 manat (1 kq - 0,8 manat)
Quzu əti - 400 qr, 7 manat (1 kq - 18 manat)
Ərzaqların qiymətini nəzərə alaraq, 4 nəfərlik plov və aş-qara hazırlanması üçün təxminən 19 manat xərcləmək lazımdır.
Salat:
Yeni il süfrəsində ailələrin əksəriyyəti "paytaxt" salatına üstünlük verir:
Yumurta - 5 ədəd, 0,9 manat (1 ədəd - 0,18 qəpik)
Kartof - 4 ədəd, 0,7 qəpik (1 kq - 0,9-1,6 manat)
Kök - 4 ədəd, 0,6 manat (1 kq- 1,7 manat)
Yaşıl noxud - 3 manat
Mayonez - 400 qr, 2,8 manat
Göyərti - 2 dəstə, 0,4 manat (1 dəstə - 0,2 manat)
Xiyar turşusu - 1 banka, 3 manat
Xiyar - 4 ədəd, 0,8 manat (1 kq - 3-5 manat)
Dana əti - 200 qr, 3-4 manat (1 kq - 14 manat)
Yeni il süfrəsində 4 nəfərlik paytaxt salatı 16-17 manata başa gəlir.
Yarpaq dolması:
Qoyun əti - 16 manat
Yarpaq - 2-5 manat
Düyü - 200 qr, 0,90 manat (1 kq - 3,6 manat)
Yeməyin hazırlanmasında lazım olan digər komponentləri də əlavə etsək, 4 nəfərə çatacaq dolmanı ən yaxşı halda 20 manata hazırlamaq olar.
Tort:
Ev şəraitində bu şirniyyatı hazırlamaq xammalın qiymətləri də daxil olmaqla, 10-15 manata başa gəlir.
Balıq - 10-15 manat
Meyvə:
Alma - 1-4 manat
Naringi - 1,5-2 manat
Üzüm - 3-4 manat
Xurma - 1,5 manat
Portağal - 1,5-2 manat
Armud - 2,5-3 manat
Nar - 2-6 manat
Banan - 2,6 manat
Tərəvəz:
Xiyar - 3 manat
Pomidor - 4 manat
Göyərti dəstəsi - 0,2 manat
Çərəz:
Qoz - 6-8 manat
Fındıq - 5-6 manat
Fıstıq - 4-6 manat
Çörək - 0,55-1 manat
Təbii meyvə şirələri - 2-4 manat
Şampan - 5 manat
Konfet və şokalad - 6-15 manat
Orta hesabla 4 nəfərlik bir ailə təxminən 150-170 manata normal Yeni il süfrəsi aça bilər.