Bayramdan sonra dərs nə vaxt başlayacaq? - Nazirlik AÇIQLADI
Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir.
meqale.com xəbər verir ki, bu barədə elm və təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 4 yanvar tarixləri müəyyən olunub.
Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il dekabrın 30-u şənbə, 2023-cü il dekabrın 31-i və 2024-cü il yanvarın 7-si tarixləri bazar günlərinə təsadüf edir.