Bədii gimnastika üzrə 28-ci Bakı çempionatının 2-ci gününə start verilib - FOTO

Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı çempionatının ikinci gününə start verilib.

Bədii gimnastika üzrə 28-ci Bakı çempionatının 2-ci gününə start verilib - FOTO
Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı çempionatının ikinci gününə start verilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, yarışlarda "Ocaq Sport" klubunun (Bakı və Hövsan), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (Bakı Gimnastika Məktəbinin), Respublika Kompleks İdman Məktəbinin, "Grasiya" idman klubunun, Su İdmanı Sarayının, "Zirə" Mədəniyyət Mərkəzinin, "Zabrat" idman klubunun, "Şağan" Olimpiya İdman Kompleksinin təmsilçiləri çıxış edirlər.

Bədii gimnastika üzrə 28-ci Bakı çempionatı, uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında idmançılar arasında keçirilir.