Bədii gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək - FOTO
Bədii gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, AGF-nın idman direktoru Natalya Bulanova və məşqçi Siyana Vasilevanın rəhbərliyi altında bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvləri (böyüklər) Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova, böyük fərdi gimnastlar - İlona Zeynalova, Mədinə Dəmirova, Alina Məmmədova, gənc fərdi gimnastlar - Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı 5-7 aprel tarixlərində Estoniyanın Tallin şəhərində keçiriləcək bədii gimnastika üzrə birinci "Tallin Open" adlı beynəlxalq turnirdə iştirak edəcəklər.