Bədii gimnastlarımız “Prize of Julieta Shishmanova”da
Aprelin 26-28-də Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə "Prize of Julieta Shishmanova" adlı beynəlxalq yarış keçiriləcək.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, turnirdə Azərbaycan 3 gimnastla təmsil olunacaq.
Ölkəmizin idman şərəfini məşqçilər Aliyə Paşayeva ilə Nigar Mircəlallının rəhbərliyi altında Ayan Sadıqova, Dəniz Abdullazadə və Dəniz Əsgərova qoruyacaqlar.