Belarusla oyuna bu sayda bilet satılıb

Azərbaycan millisinin bu gün Belarusla keçirəcəyi yoldaşlıq matçına satılan biletlərin sayı açıqlanıb.

Belarusla oyuna bu sayda bilet satılıb
Azərbaycan millisinin bu gün Belarusla keçirəcəyi yoldaşlıq matçına satılan biletlərin sayı açıqlanıb.

Bu barədə meqale.com-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Masazırda yerləşən, 8900 azarkeş tutumuna malik "Bank Respublika Arena"da baş tutacaq görüşə indiyə qədər 2000 bilet satılıb.

Qeyd edək ki, Azərbaycan - Belarus matçına saat 21:45-də start veriləcək.