Belçikada üzünə tort atdılar, gülüşlə qarşıladı - VİDEO

İrlandiyanın "Ryanair" aviaşirkətinin baş icraçı direktoru Maykl O'Liri Belçikanın paytaxtı Brüsseldə eko-aktivistlərin hücumuna məruz qalıb. 

Belçikada üzünə tort atdılar, gülüşlə qarşıladı - VİDEO
İrlandiyanın "Ryanair" aviaşirkətinin baş icraçı direktoru Maykl O'Liri Belçikanın paytaxtı Brüsseldə eko-aktivistlərin hücumuna məruz qalıb. 

meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, O'Liri çıxış etməyə hazırlaşarkən 2 ekoloji fəal onun üzünə tort atıb. 

Fəallardan biri Maykl O'Liriyə "Belçikaya xoş gəlmisiniz" deyərək tort atıb. Digər aktivist isə "Təyyarələrin səbəb olduğu çirklənməni dayandırın" deyə şərh bildirib. 

Bildirilir ki, baş icraçı direktor hadisə zamanı Avropa İttifaqında aviadispetçerlərin mütəmadi keçirilən etiraz aksiyaları barədə danışmaq niyyətində olub. 

"Ryanair" rəhbəri hadisəni gülüşlə qarşılayıb.