Bələdiyyə başçısı məşhurlara milyonlar xərclədi - QALMAQAL

İzmir Böyükşəhər Bələdiyyə başçısı Tunç Soyer məşhurlara xərclədiyi vəsaitlə gündəmə gəlib.

Bələdiyyə başçısı məşhurlara milyonlar xərclədi - QALMAQAL
İzmir Böyükşəhər Bələdiyyə başçısı Tunç Soyer məşhurlara xərclədiyi vəsaitlə gündəmə gəlib.

meqale.com olay-a istinadən xəbər verir ki, ötən il İzmirin düşmən işğalından azad edilməsinin 100-cü ildönümü tədbirləri çərçivəsində konsert verən Tarkana səs, işıq və səhnə xərcləri də daxil olmaqla, şəhər büdcəsindən 23 milyon 540 min lirə verildiyi məlum olub.

Müğənni Gülşənin 31 dekabr 2022-ci ildə Yeni il konserti üçün Böyükşəhər Bələdiyyəsindən 3 milyon 30 min lirə qonorar aldığıda ortaya çıxıb. 

Bundan başqa, Gülşənin Yeni il konserti üçün texniki və kulis ehtiyaclarının ödənilməsi, icarə və xidmət satınalmaları üçün 7 milyon 247 min 50 lirə ödənilib.

Gülşənin yeni il konserti üçün İzmir Böyükşəhər Bələdiyyəsinin büdcəsindən 10 milyon 277 min lirə ödənilib.

Belə ki, bələdiyyə iki sənətçiyə 33,5 milyon lirə xərcləyib.