Belqorod aeroportuna PUA-larla hücum - İşçilər təxliyə edildi
Rusiyanın Belqorod vilayətinin hava limanına pilotsuz uçuş aparatları ilə hücum edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb.
Qeyd olunub ki, komanda və idarəetmə mərkəzinin binasında partlayış baş verib.
Məlumata görə, hava limanının əməkdaşları təxliyə edilib, təhlükəsizlik orqanlarının bomba mütəxəssisləri hadisə yerinə cəlb olunub.