Berezutski “Sabah”ın məğlubiyyəti barədə nə dedi?

"Sabah"ın baş məşqçi Vasili Berezutski "Şamaxı"ya qarşı bu gün keçirlən oyunu şərh edib.

Berezutski “Sabah”ın məğlubiyyəti barədə nə dedi?
"Sabah"ın baş məşqçi Vasili Berezutski "Şamaxı"ya qarşı bu gün keçirlən oyunu şərh edib.

Rusiyalı mütəxəssisin komandası Misli Premyer Liqasının 18-ci turunun, bu ilin isə son matçında 1:3 hesabı ilə uduzub.

meqale.com xəbər verir ki, Şamaxıda keçirilən matçdan sonra təşkil edilən mətbuat konfrasında Berezutski bildirib:

"Bu oyunu heç cür öz aktivimizə yaza bilmərik. Yaxşı ki, bizi qarşıda fasilə gözləyir". 

O bildirib ki, indi komandası istirahət etməlidir: "Bundan sonra çempionatın ikinci yarısına hazırlaşmaq, səhvləri aradan qaldırmaq və tam hazır olmaq üçün bizi gərgin məşqlər gözləyir". 

Qeyd edək ki, "Sabah" çempionatın ilk hissəsini 18 oyundan 26 xalla 5-ci yerdə başa vurub./qol.az