Berlində "şou" yaratmağa hazırlaşan argentinalı - Qaranlıq keçmişi var

İlham Əliyev ötən gün Füzulidən birbaşa Almaniyaya gedib. Prezident Almaniya kansleri Olaf Şoltsun dəvəti ilə "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib. Onu Berlin şəhərinin Brandenburq "Willy Brandt" Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi qarşılayıb.

Berlində
İlham Əliyev ötən gün Füzulidən birbaşa Almaniyaya gedib. Prezident Almaniya kansleri Olaf Şoltsun dəvəti ilə "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib. Onu Berlin şəhərinin Brandenburq "Willy Brandt" Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi qarşılayıb.

Məlum olduğu kimi, dünən Qırğızıstan prezidenti Sadır Japarov Azərbaycanda olub. Əvvəlcə Bakıda bir sıra tədbirlərdə iştirak edən Sadır Japarov sonradan Füzuliyə və Ağdama yollanıb. O, ölkə başçısı ilə birlikdə Ağdamda Şahbulaq qalasında olub, Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak edib, Ağdam Konfrans Mərkəzi ilə tanış olub, Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak edib, Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olub, Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, dövlət başçıları birgə nahar ediblər. Ötən gün axşam saatlarında Sadır Japarovun ölkəmizə səfəri başa çatıb.

Səfərdən bir neçə saat sonra İlham Əliyev birbaşa Füzulidən Berlinə gedib. Onun birbaşa Füzulidən Berlinə yollanması azad olunmuş ərazilərdən qlobal siyasətə ilk çıxış kimi tarixi hadisə olmaqla yanaşı, Berlinə azad olunmuş ərazilərdən getmək, buranın artıq "təhlükəsiz bölgə" olduğunu nümayiş etdirir. Hansı ki, bu amil investorlar üçün vacib sayılır. Bundan əlavə, ölkə başçısı Azərbaycanın torpaqlarını azad etdiyinin, suverenliyinin bərpa olunduğunun Avropaya məhz bu cür çatdırdı.

Prezidentin Almaniyaya səfərindən erməni diasporu və bəzi ölkələr narahatdır. Bu səbəbdən də, səfər zamanı Almaniyada təxribat planlaşdırılır. Erməni dairələri aprelin 26-da Federal dəftərxananın qarşısında Azərbaycan Prezidentinin səfərinə "etiraz" olaraq piket keçiriləcəyini anons edib. Aksiyada Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror olmuş Luis Okampo və Almaniya Mərkəzi Erməni Şurasının üzvləri iştirak edəcək.

Qeyd edim ki, erməni dairələrin əsassız "aksiya şousu"na alət elədiyi Argentinadan olan Okampo kriminal-korrupsioner keçmişi ilə tanınır. İstər Beynəlxalq Cinayət Məhkəməsində işlədiyi dövrdə, istərsə də sonrakı vaxtlarda onun adı şübhəli maliyyə maxinasiyalarında hallanıb. Vaxtilə korrupsiya və cinsi təqibdə ittiham olunan Okomponun Serj Sərkisyan, Araik Arutunyanla dostluq münasibətləri var.

Görünür, regionda sülh üçün yaxşı perspektivlərin yarandığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və onların havadarları bu prosesə mane olmağa çalışır, gərginlik yaratmaq üçün müxtəlif yollara əl atırlar.

İslam meqale.com