"Beşiktaş" bu müdafiəçi ilə müqaviləni ləğv etdi - ŞOK SƏBƏB
Türkiyənin "Beşiktaş" klubu müdafiəçi Emirhan Delibaşla müqaviləni ləğv edib. Bu barədə klubun saytı məlumat yayıb.
meqale.com lente istinadən bildirir ki, tərəflərin qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırdığı qeyd olunur. Lakin yerli "Hurriyet" qəzetinin məlumatına görə, buna səbəb "Beşiktaş"lı azarkeşlərin bir müddət əvvəl tanışlıq saytında Delibaşın hesabını tapmasıdır. Müdafiəçinin futbola kifayət qədər diqqət yetirmədiyini iddia edən azarkeşlər sosial şəbəkələrdə qəzəbləniblər.
21 yaşlı Delibaş bu mövsüm Türkiyə Çempionatı və Konfrans Liqasında matç keçirib. Futbolçu heç bir təsirli hərəkət göstərməyib.
Türkiyə çempionatının 26 turundan sonra "Beşiktaş"ın 41 xalı var. Komanda turnir cədvəlində dördüncü yerdədir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun