“Beşiktaş”ın finaldakı rəqibi bəlli oldu
Türkiyə kubokunda yarımfinalın ikinci görüşü keçirilib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, "Trabzonspor" "Karagümrük"ün qonağı olub.
İlk görüşdə qələbə qazanan Abdullah Avcının komandası səfərdə də uğur qazanıb. Trabzonlular fasilədən sonra 4 qol vuraraq, böyükhesablı qələbə qazanıblar.
Qeyd edək ki, "Trabzonspor" finalda "Beşiktaş"la qarşılaşacaq.
Türkiyə kuboku
Yarımfinal, cavab matçı "Karagümrük" - "Trabzonspor" - 0:4 İlk oyun - 2:3