Beynəlxalq dəstək gözləyirik - Qaston Samit

BMT elan etdi ki, bu illərdə müstəmləkəçiliyə son qoyulmalıdır.

Beynəlxalq dəstək gözləyirik - Qaston Samit
BMT elan etdi ki, bu illərdə müstəmləkəçiliyə son qoyulmalıdır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Qvadelupanın azadlığı naminə xalq birliyinin nümayəndəsi Qaston Samit mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, müstəmləkəyə məruz qalmış xalqlar beynəlxalq dəstək gözləyir.

"Öz torpaqlarımızdakı əhali ilə çalışırıq ki, bu məsələ sürətlənsin. Fransa özünü beynəlxalq səviyyədə insan haqları müdafiəçisi kimi təqdim edir. Lakin biz onu göstərmək istəyirik ki, Fransa müstəmləkəyə məruz qoyduğu dövlətlərə bu cür yanaşmır", - deyə o əlavə edib.

Qeyd edək ki, sabah Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçiriləcək.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.