“Beynəlxalq ictimaiyyət 2023-cü ildə əsas çağırışlara adekvat cavab verə bilməyib”
"Beynəlxalq ictimaiyyət 2023-cü ildə əsas çağırışlara, o cümlədən silahlı münaqişələrə adekvat cavab verə bilməyib, ona görə də onlara cavablar artıq 2024-cü ildə axtarılmalıdır".
meqale.com report.az-a istinadən xəbər verir ki, bu fikri Budapeştdə xarici ölkə səfirləri üçün təşkil edilən Yeni il ziyafətində çıxış edən Macarıstan Prezidenti Katalin Novak deyib.
Dövlət başçısı bildirib ki, 2023-cü ilin qlobal çağırışları aradan qalxmayıb və hələ də bütün dünyanın birgə səylərini tələb edir.
Novak bu cür çağırışlar arasında başda Ukrayna və Yaxın Şərqdə baş verən hərbi münaqişələri, iqtisadi çətinliklər, bir çox ölkələrdə siyasi qeyri-sabitlik, sosial gərginlik, təbii fəlakətlər, qeyri-qanuni miqrasiya, dezinformasiyanın yayılması, süni intellektin ortaya çıxması, texnoloji şirkətlərin həddindən artıq təsiri olmaqla yanaşı gizli siyasi ambisiyaları olan qeyri-siyasi aktorların fəaliyyəti kimi amilləri adlandırıb.