Beynəlxalq sistemin dağıldığını görürük - Binəli Yıldırım

Türkiyə gərginliklərin yaşandığı ərazilərə yaxındır.

Beynəlxalq sistemin dağıldığını görürük - Binəli Yıldırım
Türkiyə gərginliklərin yaşandığı ərazilərə yaxındır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.

"Türkiyə terror təşkilatları ilə üzləşir və onların sayı gündən-günə artır. Ölkələr arasında baş verə hadisələr fonunda beynəlxalq sistemin dağıldığını görürük. BMT Təhlükəsiz Şurasının fəaliyyəti iflic vəziyyətdədir. Dünya səhiyyə sisteminin inkişafı, iqtisadi əməkdaşlıq detallı işlənməli və beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmalıdır", - deyə o bildirib.