Beynəlxalq "Talantlar Aləmi" festivalı Bakıda yaradıcılıq işıqlarını yandırdı - FOTO

Bakı bir daha istedad və ilham paytaxtına çevrildi. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ikinci dəfə keçirilən Beynəlxalq yaradıcılıq müsabiqə-festivalı "Talantlar Aləmi" sənətçiləri, pedaqoqları və istedadlı gəncləri müxtəlif ölkələrdən bir araya topladı.

Beynəlxalq
Bakı bir daha istedad və ilham paytaxtına çevrildi. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ikinci dəfə keçirilən Beynəlxalq yaradıcılıq müsabiqə-festivalı "Talantlar Aləmi" sənətçiləri, pedaqoqları və istedadlı gəncləri müxtəlif ölkələrdən bir araya topladı.

Festivalın iştirakçıları sırasında Qazaxıstan, Azərbaycan və Özbəkistan nümayəndələri yer aldı. Daha əvvəl isə bu möhtəşəm tədbir Kuba, Türkiyə, Gürcüstan, Şimali Kipr və ABŞ-dan olan qonaqları qəbul etmişdi. Bütün bunlar festivalın beynəlxalq miqyasını və mədəniyyətlərə açıq ruhunu bir daha sübut edir. Layihənin təşkilatçıları: Azərbaycan tərəfindən Emil Pənahovun rəhbərliyi ilə "Alov" rəqs kollektivi və Qazaxıstandan Bakıtgül Delmanovanın rəhbərlik etdiyi Talant Studio yaradıcı mərkəzi. "Layihəmiz sərhədsiz bir platformadır. Burada yaradıcılıq - dostluğun dili, mədəniyyət isə xalqlar arasında körpü olur. Bu, nəsilləri, millətləri və üslubları birləşdirən mədəni hərəkətdir. Hər bir istedadın öz yerini tapa biləcəyi bir aləmdir. Məqsədimiz - gənc istedadlar və peşəkar sənətkarlar üçün özlərini ifadə edə biləcəkləri, ilham tapacaqları və yaradıcılıqda inkişaf edəcəkləri bir məkan yaratmaqdır," - deyə Emil Pənahov qeyd etdi. Festivalda təqdim olunan nominasiyalar: Xoreoqrafiya, Vokal, Musiqi alətləri, Təsviri və dekorativ-tətbiqi incəsənət Səhnədə parlaq çıxışlar, valehedici vokal, rəssamların bacarığı və canlı musiqi - hər ifa bir hekayə idi, hər sənət əsəri - duyğu dolu an.

Münsiflər heyəti:

Qarşığa Dandəqariev Xəmziyeviç - xoreoqrafiya magistri, Kurmanqazı adına konservatoriyanın müəllimi, Abay adına GATOB-un xoreoqrafı, kütləvi tədbirlərin rejissoru.

Eldar Məmmədov Ramiz oğlu - Azərbaycanın Əməkdar artisti, Milli Konservatoriyanın müəllimi.

Mahirə Quliyeva Ələkpərqızı - doktorant, musiqi əsərlərinin müəllifi və tədqiqatçısı.

Nətəvan Məmmədova - Azərbaycan Rəssamlar İttifaqının üzvü.