Beynəlxalq turnirin qalibi Mərakeş olub, Azərbaycan üçüncü yeri tutub - FOTO
AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq futzal turnirinə yekun vurulub.
meqale.com İdman.biz-ə xəbər verir ki, 19 yaşadək futzalçıların iştiak etdiyi turnirdə Mərakeş yığması 1-ci yeri tutub.
Turnirin son oyun günündə Mərakeşin və Belarus komandaları qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən Mərakeş yığması beynəlxalq futzal turnirinin qalibi olub.
Oyundan sonra qaliblərin mükafatlandırma mərasimi təşkil olunub. Turnirdə iştirak edən və üçüncü yeri tutan Azərbaycan və ikinci olan Belarus futzal yığmalarına medallar verilib. Çempion Mərakeş millisinə isə medallar və kubok təqdim edilib.