Beyonsun evi yandı - VİDEO
Milad günü Beyonsun uşaqlıqda yaşadığı ev yanıb.
meqale.com lente istinadən xəbərinə görə, dekabrın 5-də səhər saat 2-də Texasdakı malikanə alovlanıb. Evin yeni sahibləri qaçaraq canlarını qurtara biliblər.
Dərhal hadisə yerinə xilasedicilər gəlib və 10 dəqiqə ərzində yanğın söndürülüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yanğının səbəbini müəyyənləşdirirlər.
Məşhur aktrisa özünə nağıl kimi toy etdi Psixiatrik xəstəxanaya yerləşdirilən məşhur müğənni sevənlərini üzdü Çağla Şikeli afrikalı xəstə uşaqlara bənzətdilər
Beyonc pərəstişkarları üçün ekskursiyaların təşkilatçısı Keyt Rozenin sözlərinə görə, müğənninin uşaqlıq evi daim pərəstişkarlarını özünə cəlb edib.
Qeyd edək ki, Beyons 1981-ci ildə Hyustonda (Texas, ABŞ) anadan olub. Beyons hazırda əri ilə Malibuda okeana baxan 200 milyon dollarlıq dəbdəbəli malikanədə yaşayır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun