Beyrutda dron zərbəsi nəticəsində HƏMAS-ın iki komandiri ölüb - YENİLƏNİB
00:05 -------
İsrailə məxsus dronun zərbəsi nəticəsində Livanın paytaxtı Beyrutda "İzzəddin Əl-Qəssam" briqadasının iki komandiri ölüb.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə "Al Aqsa" telekanalı məlumat yayıb.
Qeyd edək ki, daha öncə HƏMAS-ın siyasi bürosunda sədr müavini Saleh əl-Arurinin öldürüldüyünə dair məlumat yayılmışdı.
23:53 ------- İsrailə məxsus dronun Livanın paytaxtı Beyrutun cənub şəhərətrafında yerləşən HƏMAS-ın qərargahına zərbə endirməsi nəticəsində ölən və yaralananlar var.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəbər Agentliyinin nümayəndəsi deyib.
Hadisədə ümumilikdə üç nəfər ölüb. Onlardan biri HƏMAS-ın İordan çayının Qərb sahilindəki nümayəndəsi Saleh əl-Aruridir.
Qeyd olunub ki, olayda 11 nəfər yaralanıb.