"Bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin" - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 34-cü turunda "Araz-Naxçıvan"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
meqale.com xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, texniki səhvlər çox olub: "Amma ümumən yaxşı diqqət, konsentrasiya var idi. Qələbə qazanmaq istəyirdilər. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Amma 90 dəqiqə ərzində qalib gəlmək üçün xeyli güc sərf etdilər. Rəqibə uğurlar arzu edirəm".
Mütəxəssis bildirib ki, yerli çempionatda yaxşı legionerlər var: "Mənim diqqətimi cəlb edənlər var. Amma əfsuslar olsun ki, o oyunçular özləri öz komandalarının aparıcı oyunçularıdır. Ona görə buna ciddi yanaşmırıq. Bəzən inam olur, gözləyirsən. Sonda alınmayanda, gec olur. Daha çox istəyirik ki, kənardan oyunçu dəvət edək. Hər bir halda, daim hər bir legionerin oyununu nəzərimizdə saxlayırıq. Sadəcə klublar elə formalaşıb ki, klub rəhbərləri ilə münasibətimiz var və bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin(gülür). Ona görə bu məsələ inandırıcı görünmür".