“Bəzən verilişlərə baxanda adam utanır” - Fərhad Bədəlbəyli
"Bəzən verilişlərə baxanda adam utanır".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi forumunda deyib.
O proqramların 30-40 faizində ciddi sənət, ciddi musiqi görmək istədiyini qeyd edib:
"İstəməzdim ki, televiziya proqramlarının 90 faizi əyləncə motivli olsun".