Bəzi məktəblərdə smartfondan istifadə qadağan olundu

Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.

Bəzi məktəblərdə smartfondan istifadə qadağan olundu
Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda Valloniya-Brüssel Təhsil Şəbəkəsi qərar qəbul edib.

Qərara əsasən, fransız dilini tədris edən 373 məktəbdə 26 avqustda başlayacaq 2024-2025-ci tədris ilindən etibarən ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirmələri qadağan ediləcək.

Qadağa 132 600 şagirdi əhatə edəcək.

Qərarın şagirdlərin smartfonlarla bir-birlərinin şəkillərini çəkməsi və sosial media platformalarında paylaşması, bunun da cinayətlərin sayının artması ilə nəticələndiyinə görə qəbul edildiyi bildirilir.