Bəzi motosikletlər aksiz vergisindən azad edilir
Gələn ildən Azərbaycanda bəzi motosikletlərin idxalı 3 il müddətinə aksiz vergisindən azad ediləcək.
meqale.com axar.az-a istinadən bildirir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, söhbət mühərrikinin işçi həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərdən gedir.