Bəzi rayonlara dolu yağdı

Azərbaycanın qərb rayonlarına dolu yağıb.

Bəzi rayonlara dolu yağdı
Azərbaycanın qərb rayonlarına dolu yağıb.

meqale.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, iyunun 14-də Tovuz rayonuna saat 20:05-20:08 radələrində diametri 18, iyunun 15-də Tovuz rayonuna saat 03:30-03:34 radələrində diametri 20, Şəmkir rayonuna saat 04:05-04:08 radələrində diametri 20, saat 06:45-06:50 radələrində diametri 15 mm olan, eləcə də Gədəbəy rayonunun Xarxar kəndinə dolu yağıb.