Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
meqale.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, mayın 26-da bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı gözlənilir.