Biləsuvarda üç maşın toqquşdu - Ölən və xəsarət alanlar var - FOTO
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki minik və bir yük maşını toqquşub.
İlkin məlumata görə, qəzada bir nəfər ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə rayon xəstəxanasına çatdırılıb.