Binəqədi yolundakı təmir nə vaxt bitəcək?
Binəqədi yolunda aparılan işlər ilə bağlı yolda iki həftədən çoxdur ki, gərgin vəziyyət yaranıb. Yolda nəqliyyatın hərəkəti iflic olub, avtobuslar ləngiyir, sərnişinlər kilometrlərlə yolu piyada getmək məcburiyyətində qalırlar.
Ötən ayın sonundan başlayan təmir işləri hələ də yekunlaşmayıb. Əksinə, daha çox ərazilərdə hərəkət qismən məhdudlaşdırılıb.