Bir sinfin 9 şagirdi buraxılış imtahanında maksimum bal topladı
Bakı şəhəri Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin 9 şagirdi XI sinif buraxılış imtahanında müxtəlif fənlər üzrə maksimum bal (100 bal) toplayıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, təhsil aldıqları məktəbə başucalığı gətirən şagirdlərdən Telman Azad oğlu Ağayev, Gülçöhrə Cəfər qızı Həşimzadə, Zeynəb Kamil qızı Mamedzadə, Təyyar Namik oğlu Mustafayev, Məryəm Məhərrəm qızı Məmmədli, Dilarə Hikmət qızı Səfərova və Məhəmməd Vüqar oğlu Tağıyev riyaziyyat, Jalə Əkrəm qızı Babayeva Azərbaycan dili, Səbinə Əlibala qızı Məmmədzadə isə ingilis dili fənni üzrə maksimum nəticə (100 bal) göstərib. Sözügedən şagirdlər eyni sinifdə təhsil alırlar.
Onu da qeyd edək ki, şagirdlərdən Telman Ağayev həm də Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının qalibi olub.