Bir sıra seçki məntəqələrində səsvermənin nəticələri ləğv olunub

Mərkəzi Seçki Komissiyası bir neçə məntəqəsində prezident seçkilərinin nəticələrini etibarsız sayıb.

Bir sıra seçki məntəqələrində səsvermənin nəticələri ləğv olunub
Mərkəzi Seçki Komissiyası bir neçə məntəqəsində prezident seçkilərinin nəticələrini etibarsız sayıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə məlumatı MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, aparılan araşdırmalar zamanı bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkar edilib.

"41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 38 saylı, 61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin 2 saylı, 77 saylı Lənkəran Seçki Dairəsinin 7 və 31 saylı, 92 saylı Göyşay-Ağdaş Seçki Dairəsinin 6 saylı, 99 saylı Bərdə Seçki Dairəsinin 2 saylı, 114 saylı Şəki Şəhər Seçki Dairəsinin 1 saylı, 115 saylı Şəki Kənd Seçki Dairəsinin 6 saylı seçki məntəqələrinin nəticələri ləğv edilib və həmin seçki məntəqələrinin komissiyaları buraxılıb", - deyə o qeyd edib.