"Birinci övladımın qarşısında günahım var"
"Birinci övladımın qarşısında günahım var. Ona sevgi verə bilməmişəm".
meqale.com olay.az-a istinadən bildirir ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Səni axtarıram" verilişində deyib.
"Yalnız işləmək, bir tikə çörək tapmaq, oxutmaq, məktəbə göndərdim... İkincilərdə isə görürəm vaxtım yoxdur, maşına qoyuram, yol gedəndə yarım saat onunla danışıram. Beş dəqiqə vaxtım varsa, uşağıma sərf edirəm. Dostum, tanışım, qohum-əqrəbam, heç kəs inciməsin. Yasa, toya atam gedir", - deyə, o, bildirib.