Zelenski: Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb

Ukrayna artıq müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı Fransa ilə tarixi saziş hazırlayıb.

Zelenski: Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb
Ukrayna artıq müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı Fransa ilə tarixi saziş hazırlayıb.

meqale.com report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski səhər müraciətində bildirib.

"Fransa ilə tarixi saziş hazırlamışıq - bu, bizim döyüş aviasiyamızın, havadan müdafiəmizin və digər müdafiə imkanlarımızın əhəmiyyətli dərəcədə güclənməsi olacaq. Ziyarət proqramına görə bu, bazar ertəsi baş tutacaq", - o, qeyd edib.

Ukrayna lideri, həmçinin çərşənbə axşamı İspaniyaya planlaşdırılan səfərini də elan edib. Səfərin məqsədi hava hücumundan müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi və Rusiyanın hücumlarından sonra Ukrayna qüvvələrinin bərpasıdır.