Birinci Qarabağ müharibəsi şəhidi Aydın Qurbanov dəfn edildi - FOTO
Sabunçu rayonunun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Qurbanov Aydın Əsədulla oğlunun nəşinin qalıqları dəfn olunub.
meqale.com Trend-ə istinadən bildirir ki, şəhidlə Sabunçu rayonun Maştağa qəsəbəsində ailə üzvlərinə məxsus evdə vida mərasimi keçirilib.
Daha sonra onun nəşinin qalıqları Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.