“Bizi bir gecədə yeyərlər” - Vuçiç
"Müasir tanklarımız var, amma əsgərimiz yoxdur. Ordu olmasa, dövlət də olmaz, bizi bir gecədə yeyərlər".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç yerli televiziya kanalına müsahibəsində deyib.
Serb lider orduya verdiyi əhəmiyyətlə bağlı açıqlamalar verib:
"Bizim üçün Serbiyaya yeni texnika gətirmək çətindir, çünki heç kim hərbi cəhətdən neytral ölkənin bu qədər tez güc qazanmasına imkan verməyəcək. Biz 12 yeni müasir avadanlıq almaq prosesindəyik".