Blinken: Bu münaqişə sabah bitə bilər

Amerika Birləşmiş Ştatları Fələstin-İsrail münaqişəsinin hazırkı mərhələsinin mümkün qədər tez bitməsini istəyir.

Blinken: Bu münaqişə sabah bitə bilər
Amerika Birləşmiş Ştatları Fələstin-İsrail münaqişəsinin hazırkı mərhələsinin mümkün qədər tez bitməsini istəyir.

meqale.com APA-ya istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

Diplomat qeyd edib ki, "həddindən artıq çox qurbanlar, çox iztirab var".

Bununla yanaşı, Blinken hər şeyin HƏMAS-ın əlində olduğunu vurğulayıb: "Fələstin radikal hərəkatı silahı yerə qoyub girovları azad etsə, münaqişə sabah bitə bilər".