Blinken gələn həftə yenidən İsrailə səfər edəcək
ABŞ dövlət katibi Entoni Blinken yenidən İsrailə səfər etməyi planlaşdırır.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Qeyd olunub ki, bu son bir həftə ərzində amerikalı diplomatın Tel-Əvivə ikinci rəsmi səfəri olacaq.
Onun İsrailə oktyabrın 16-da qayıdacağı gözlənilir.
Xatırladaq ki, oktyabrın 11-dən 15-dək Fələstin-İsrail münaqişəsi kəskinləşən zaman Blinkenin Yaxın Şərqə səfəri başlayıb.