Blinkenin Yaxın Şərqə səfəri başlayır
ABŞ dövlət katibi Antoni Blinkenin bazar ertəsi günü Yaxın Şərqin bir neçə ölkəsinə səfəri başlayacaq.
meqale.com APA-ya istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dövlət katibi Antoni Blinkenin Yaxın Şərq səfəri çərçivəsində Misir, İsrail, İordaniya və Qətərə səfər edəcəyini deyib.
O həmçinin dövlət katibinin əsas gündəmində olan məsələnin İsrail və Fələstin arasında atəşkəs razılaşması olduğunu deyib.
Məlumatda həmçinin Blinkenin Yaxın Şərq turunun bazar ertəsindən çərşənbə gününə qədər davam edəcəyi bildirilir.