BMT baş katibi və Aİ rəsmiləri Qəzzadakı vəziyyəti müzakirə etdi

Qəzzada mülki əhalinin ehtiyaclarına uyğun yardımın davamlı şəkildə çatdırılmasına təcili ehtiyac var.

BMT baş katibi və Aİ rəsmiləri Qəzzadakı vəziyyəti müzakirə etdi
Qəzzada mülki əhalinin ehtiyaclarına uyğun yardımın davamlı şəkildə çatdırılmasına təcili ehtiyac var.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "X" hesabında bildirib.

İsrail və HƏMAS arasındakı müharibənin deeskalasiyası istiqamətində müzakirələrin keçirildiyi Qahirə sülh konfransında iştirak edən Aİ-nin ali nümayəndəsi bildirib ki, konfrans çərçivəsində o, Aİ Şurasının Prezidenti Şarl Mişel, Aİ-yə sədrlik edən İspaniya baş naziri Pedro Sançez və BMT baş katibi Antonio Quterreş regiondakı vəziyyəti müzakirə ediblər.