BMT əməkdaşları girov götürüldü

Yəmənin şimalında hakim olan "Ənsar Allah" (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb.

BMT əməkdaşları girov götürüldü
Yəmənin şimalında hakim olan "Ənsar Allah" (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb.

meqale.com xəbər verir ki, bu barədə BMT-nin bu gün verdiyi bəyanatda bildirilib.

Məlumata görə, onlar husilərin nəzarətində olan ərazilərdə işləyiblər. Təşkilatın ələ keçirilmiş nümayəndələrinin dəqiq sayı açıqlanmır.

"BMT-nin Yəməndəki əməkdaşları husi rəhbərliyi ilə fəal əməkdaşlıq edərək bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirlər", - bəyanatda qeyd olunub.