BMT Təhlükəsizlik Şurası Suriyaya dair bəyanat yaydı
BMT Təhlükəsizlik Şurası Suriyada 2254 saylı qətnamənin əsas prinsipləri əsasında inklüziv siyasi prosesin aparılmasına çağırıb.
meqale.com xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının yaydığı bəyanatda bildirilib.
Şura üzvləri BMT Baş Katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersenin bu prosesin asanlaşdırılmasında səylərini dəstəklədiklərini bir daha təsdiqləyiblər.