BMT TŞ İsrail-HƏMAS gərginliyi ilə bağlı bəyanat qəbul etmədi
07:02
BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı heç bir sənəd qəbul etməyib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.
Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frazier jurnalistlərə açıqlamasında bilirib ki, biz ümumi bəyanatı müzakirə etmədik.
O əlavə edib ki, müzakirə tərəflərin hazırkı vəziyyətdə mülki insanları qorumaq və zorakılığı dayandırmaq üçün nə edə biləcəyi ilə bağlı olub.
ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, Təhlükəsizlik Şurasının üzvləri bu hücumların baş verməməli olduğu barədə razılığa gəliblər.
"Ümid edək ki, vəziyyət daha da pisləşməyəcək. Onun yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik", - Vud əlavə edib.
-------
09:03
Bu gün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək.