BMT və onun təsisatları yenidən formalaşdırılmalıdır - Jan Kavan

BMT böyük güclərə tab gətirə bilmir. Bununla da öz nüfuzunu itirir.

BMT və onun təsisatları yenidən formalaşdırılmalıdır - Jan Kavan
BMT böyük güclərə tab gətirə bilmir. Bununla da öz nüfuzunu itirir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 57-ci sessiyasının prezidenti Jan Kavan XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.

"BMT dünyada özünü yaxşı təmsil etməlidir. Nəticədə, hər kəs problemini öz baxış bucağı ilə həll edir. Dünyada bir çox istiqamətdə qarşıdurmalar, dinə qarşı dözümsüzlük müşahidə edirik.

Beynəlxalq hüquq artıq tanınmır və kəskin şəkildə təhrif olunur. BMT və onun təsisatları yenidən formalaşdırılmalıdır. Biz hökümətləri və vətəndaş cəmiyyətini səfərbər edərək sülh yönündə çalışmalıyıq. Beynəlxalq Ədalət Məhkəməsinin də vəziyyəti yaxşı görünmür. Çox paradoksal bir hal yaşayırıq",- deyə o bildirib.